Los-Ancelesdəki ermənilər Azərbaycan millət vəkillərinin Kaliforniyaya səfərindən narazı qalıblar

Los-Anceles-APA. Daşnakların Los-Ancelesdə dərc olunan “AZBRAREZ” qəzetində Azərbaycan millət vəkillərinin Kaliforniyaya avqustun ortalarında baş tutmuş səfəri ilə bağlı sərt məqalə çap olunub. APA-nın ABŞ bürosunun məlumatına görə, Allen Yekikan tərəfindən yazılan məqalədə yalnız Azərbaycanın Los-Angeles şəhərindəki Baş Konsulluğu və ölkəyə səfərə etmiş millət vəkilləri barəsində deyil, yerli yəhudi icmasının tanınmış simalarına qarşı da sərt bəyanatlar səsləndirilib.
Daşnaklara məxsus nəşrin müxbiri Los-Angelesdə Simon Wiesenthal Mərkəzi nəzdində fəaliyyət göstərən Tolerantlıq Muzeyində Azərbaycan millət vəkillərinin keçirdiyi mətbuat konfransı zamanı Gürcüstana dəstək ifadə olunmasına etiraz edib. Xatırladaq ki, mətbuat konfransının Rusiyanın Gürcüstana hücumu ilə eyni vaxta düşməsini nəzərə alan millət vəkili Asim Mollazadə bu hadisənin ABŞ-ın maraq və dəyərlərinə qarşı yönəldiyini deyib. Millət vəkili müharibənin məhz Rusiya ilə Gürcüstan arasında getdiyini, osetinlərdən isə gözdən pərdə asmaq üçün istifadə olunduğunu vurğulayıb.
Erməni jurnalisti mətbuat konfransı keçirən Tolerantlıq Muzeyinin rəhbərlərinin ünvanına da kəskin bəyanatlar səsləndirib. O tanınmış mərkəzin rəhbərliyini azərbaycanlı millət vəkilləri ilə əlbir olmaqda ittiham edib. Qeyd edək ki, bu, Los-Angelesin erməni icmasının Simon Wiesenthal Mərkəzi nəzdində fəaliyyət göstərən Tolerantlıq Muzeyinə qarşı səsləndirdiyi ilk ittihamı deyil. BU mərkəz 2003-ci ildə qondarma “erməni soyqırımı” haqqında sərginin keçirilməsindən imtina edib. Həmin vaxtdan muzey erməni diasporunun hədəfindədir.
Xatırladaq ki, keçən ay Simon Wiesenthal Mərkəzinin dekanı ravvin Abraham Kooper Bakıya səfər edib. O, səfər zamanı Azərbaycan rəsmiləri, fərqli dini konfessiyaların nümayəndələri və yəhudi icmasının üzvləri ilə görüşlər keçirib.

Xarici siyasət

Kreml: Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanat nəzərə alınıb

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib