Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinə internet vasitəsilə müraciət prosesində problem yaranıb

Bakı. Laçın Sultanova-APA. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin İnternet bağlantısında problem yaranıb. Səfirlikdən APA-ya verilən məlumata görə, viza şöbəsinin üzləşdiyi bəzi ciddi texniki problemlər internet vasitəsilə viza üçün müraciət prosesində müəyyən əngəllərin yaranmasına səbəb olub.
visa4uk.fco.gov.uk saytı vasitəsilə Böyük Britaniya viza üçün müraciət edən şəxslər öz ərizə formalarını təqdim etmək məqsədilə vaxtın təyin olunmasında çətinliklərlə üzləşə bilərlər: “Problemin tezliklə aradan qaldırılması istiqamətində səfirlik ciddi salışır, sistemin tezliklə yenidən işləməsinə ümid edir və bu problemin təsirinə məruz qalmış şəxslərin vizalarının vaxtında verilməsinə kömək etmək məqsədilə hər cür cəhdlər edilir”.

Xarici siyasət

Rusiya və İran prezidentləri Qarabağı müzakirə edib

Ərdoğan: Azərbaycan TDT-nin Zirvə Toplantısında Şimali Kiprin iştirak etməsini istəyir

Kreml: Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür