Elmar Məmmədyarov: “Uzadılmış münaqişələr regional, o cümlədən enerji dəhlizlərinin təhlükəsizliyinə mənfi təsiri göstərir”

Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Daxili Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanunu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iki dövlət arasında əlaqələrin yüksək səviyyəsini vurğulayan tərəflər, hər iki dövlətin müxtəlif məsələlərdə eyni platformadan çıxış etməsini dəyərləndiriblər.
Rumıniyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu bildirən E. Məmmədyarov, Qara dəniz regionunda birgə əməkdaşlığın məhsuldarlığını vurğulayıb. Bölgədə uzadılmış münaqişələrə toxunan nazir, onların regional təhlükəsizliyə, o cümlədən enerji dəhlizlərinin təhlükəsizliyinə mənfi təsiri göstərdiyini bildirib.
Öz növbəsində, qonaq Azərbaycan və Rumıniyanın beynəlxalq hüququn prinsip və normalarını ali tutduqlarını qeyd edib, həmçinin Azərbaycanın Avropa üçün strateji iqtisadi əhəmiyyət daşıdığını söyləyib.
Görüşdə regionda baş verən son hadisələr, habelə beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq mövzuları ilə bağlı fikir mübadiləsi aparılıb.

Xarici siyasət

Kreml: Qarabağdakı qondarma rejimin mövcudluğuna son qoyulması ilə bağlı bəyanat nəzərə alınıb

Rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırıb

XİN Paşinyana cavab verib