ABŞ-dakı yəhudi diaspora təşkilatları Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

ABŞ-dakı yəhudi diaspora təşkilatları Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb
# 18 noyabr 2022 23:54 (UTC +04:00)

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı vacib addımdır.

APA xəbər verir ki, bu barədə Amerika-İsrail İctimai İşlər Komitəsinin (AIPAC) "Twitter" hesabında bildirilib.

“Azərbaycan parlamentinin bugünkü tarixi qərarı İsraillə Azərbaycan arasında münasibətlərdə irəliyə doğru atılmış mühüm addımdır.

Azərbaycan yəhudi dövlətində səfirlik açan ilk şiə müsəlman ölkə olacaq", - deyə paylaşımda qeyd olunub.

Amerika Yəhudi Komitəsi (AJC) də səfirliyin açılması qərarına münasibət bildirib.

“Biz Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı tarixi qərarını alqışlayırıq. Azərbaycan bunu edən ilk şiə müsəlman ölkəsidir. AJC və Azərbaycan uzun müddətdir tərəfdaşlıq edir. Bu addım İsrail ilə müsəlman dünyası arasında əlaqələri daha da gücləndirəcək”, - deyə diaspora təşkilatı "Twitter" hesabında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR