Aİ səfiri Prokurorluğun Ermənistanın cinayətlərinə dair təqdim etdiyi məlumatlardan dəhşətə gəlib

Peter Mixalko (sağda)

© APA | Peter Mixalko (sağda)

# 06 oktyabr 2022 13:56 (UTC +04:00)

Müharibə cinayətləri qınanmalıdır və Avropa İttifaqı bir neçə hallarda onları qınayıb.

APA xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib.

“Bizə təqdim etdiyiniz məlumatlardan heyrətləndik və dəhşətə gəldik. Müharibə cinayətləri qınanmalıdır və Avropa İttifaqı bir neçə hallarda onları qınayıb. Müharibə cinayətləri və insanlığa qarşı cinayətlər araşdırılmalı və onları törədənlər ədalət qarşısına çıxarılmalıdırlar. Ona görə də ittiham bəyanatını görmək, həmçinin bu gün sosial mediada yayılmış videoların araşdırılması haqqında məlumatı eşitmək vacibdir”, - Mixalko əlavə edib.

O qeyd edib ki, regionda sülhün bərqərar olunması üçün müharibə cinayətlərini törədənlər ədalət qarşısına çıxarılmalıdırlar: “Zorakılıq dayandırılmalıdır. Müharibə cinayətlərinə görə məsuliyyət zəruridir. Buna həm də Azərbaycan və Ermənistan arasında, ümumilikdə Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olunması üçün ehtiyac var”.

Peter Mixalko Aİ-nin Azərbaycan və Ermənistan arasında sülhü dəstəklədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR