Blinken: "Biz Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi töhfələri qiymətləndiririk"

Entoni Blinken

© APA | Entoni Blinken

# 28 may 2022 17:58 (UTC +04:00)

“Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etməsindən keçən otuz il ərzində biz Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilmişik”.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrikində deyib.

“Biz Azərbaycanın terrorizmə və qeyri-qanuni ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələri, habelə Ukraynaya dəstəyinizi, xüsusilə humanitar yardımınızı dərindən qiymətləndiririk”, - Blinken vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR