BMT: Azərbaycan hökuməti azad edilmiş ərazilərdə intensiv işlər görür

Maimuna Mohd Şərifi

© APA | Maimuna Mohd Şərifi

# 05 oktyabr 2022 13:50 (UTC +04:00)

Azərbaycan hökuməti bu ərazilərə yaşayışı gətirməyə çalışır, bu istiqamətdə intensiv işlər görülür.

APA xəbər verir ki, bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi jurnalistlərə açıqlamasında deyib.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru deyib ki, iqlim dəyişikliyi, COVID-19 və digər fəlakətlər transformativ dəyişikliklər üçün problemlər yaradır.

“Milli Şəhərsalma Forumu Azərbaycanın bu ərazilərdə gördüyü işləri öyrənmək, ölkənin texniki təcrübəsini öyrənmək baxımından vacibdir”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR