Britaniya Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini dəstəkləyir

Ceyms Şarp

© APA | Ceyms Şarp

# 21 yanvar 2022 11:25 (UTC +04:00)

“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır".

APA-nın xəbərinə görə, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də bildirib.

Britaniyalı diplomat Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.

“Biz Azərbaycanın silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik”, - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR