Ceyhun Bayramov: Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir

Ceyhun Bayramov: Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir
# 25 sentyabr 2022 01:34 (UTC +04:00)

Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, “Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib.

Azərbaycan dəfələrlə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib və bu məqsədlə öz milli nümayəndə heyətini yaradıb.

Eyni zamanda Azərbaycan, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR