Deputat: Avropa maraqlarını təmin etmək üçün Ermənistandan istifadə edir

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 21 mart 2023 11:30 (UTC +04:00)

“Prezident İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində də ifadə etmişdi ki, Avropa İttifaqının missiyası bölgədə "təhlükəsizliyi artırmayacaq, əksinə bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq". Təxribatçı missiyanın bölgəyə gəlişindən sonra müşahidə olunanlar isə əslində elə missiyanın əsas məqsədinin bölgədə danışıqlar mühitini dağıtmaq olduğu üzə çıxdı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, 44 günlük savaşdan sonra bir qayda olaraq ehtiyatlı davranan Ermənistan missiya bölgədə fəaliyyətə başladığı gündən daha çox təcavüzkar ritorika nümayiş etdirməyə, mövqelərimizi daha intensiv formada atəşə tutaraq silahlı qarşıdurma yaratmağa başladılar: “Hətta bəzi günlərdə sutka ərzində eyni bölgədə mövqelərimiz 15-20 dəfə atəşə tutulsa da, ərazidə fəaliyyət göstərən Aİ missiyası məsələləri görməzdən gəlməyə üstünlük verməkdədir. Ən azı bu fakt deməyə əsas verir ki, Aİ missiyasından müsbət və ədalətli davranış gözləməyə dəyməz. Bu gün çəkinmədən deyə bilərik ki, Aİ missiyasının XI əsr xaçlılarından, yaxud zamanında Amerika qitəsinə və Afrikaya göndərilən missionerlərdən fərqi yoxdur. Avropa bölgədə maraqlarını təmin etmək üçün Ermənistandan istifadə edir və bütün dövrlərdə ayaqaltı olmağa adət etmiş, cənab Prezidentin dediyi kimi bu gün də özünə "yeni ağa" axtaran ermənilər də məmnuniyyətlə alət olmağa razıdır. Bu çirkin sövdələşmə artıq Ermənistanda müdafiə olunması barədə eyforiya yaradıb və İrəvan ötən gün Azərbaycan hərbiçisinin yaralanması ilə nəticələnən təxribata da məhz Aİ missiyasının varlığından güc alaraq əl atıb. Demokratik dəyərlərdən, insan haqlarından danışan Avropanın Ermənistandakı "xaçlıları" isə susur. Deməli belə çıxır ki, bunlar üçün hər hansı azərbaycanlının həyat və sağlamlığının önəmi yoxdur, bunların hüquq düşüncəsi və insan haqqı anlayışı selektiv şəkildə yalnız ermənilərə münasibətdə işə düşür. Demək ki, bunlar da eynən artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupu kimi bölgədə sabitliyin təmin olunmasında yox, qərbin maraqlarını təmin edəcək "böyük Ermənistan" qurulması arzusundadırlar. İrəvan da vəziyyətin fərqindədir və Azərbaycan xalqı Novruz bayramını qeyd edərkən təxribatların miqyasını genişləndirməkdə də məqsədləri daha çox gərgin ab-hava yaratmaqdır”.

Deputat qeyd edib ki, bu, Ermənistan rəhbərliyinin və İrəvana dəstək verənlərin bütün mənəvi dəyərlərdən uzaq olduğunu nümayiş etdirir: “Müşahidə olunanlar, özünün böyük bir coğrafiyasında enerji təhlükəsizliyini Azərbaycana həvalə etmiş Avropa İttifaqının çirkab yuvası olan Avropa Parlamenti kimi davranmağa başlaması təəssüratı yaradır. Bu mənada Aİ vəziyyətə aydınlıq gətirərək ya İrəvanın beynəlxalq hüquqa zidd davranışlarını pisləməli, ya da Təşkilat baş verən və bundan sonra İrəvanın səbəb olacağı insidentlərə görə özünün məsuliyyətini daşıyacağını başa düşməlidir. Təbii ki, nə hansısa missiya, nə də Ermənistanın davranışları bizim üçün təhdid yaradan əngəlləri aradan qaldırılması mələsində maneə deyil. Hər kəs anlamalıdır ki, BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq istənilən təhdidin qarşısını almaq, yaxud özünümüdafiə məqsədi ilə preventiv tədbirlər görmək üçün güc tətbiqi haqqımızı istənilən vaxt işə sala bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR