Ermənistana təqdim edilən sülh müqaviləsinin əsas elementləri Vaşinqtonda müzakirə ediləcək

Ermənistana təqdim edilən sülh müqaviləsinin əsas elementləri Vaşinqtonda müzakirə ediləcək
# 05 noyabr 2022 11:52 (UTC +04:00)

Vaşinqtonda gözlənilən görüşün gündəliyində müxtəlif mövzular var. Lakin XİN səviyyəsində əsas trek sülh müqaviləsi üzərində işlə bağlıdır.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bildiyiniz kimi, oktyabrda Cenevrədə görüşümüz oldu. Bu görüşdə daha əvvəl təqdim olunmuş 5 prinsip üzərində genişlənmiş elementləri qarşı tərəfə təqdim etmişdik. Qarşı tərəfin buna reaksiyası istənilmişdi və onlar bildirmişdi ki, bunun üçün əlavə vaxt lazımdır. Bu, təkliflərin öyrənilməsi və geri dönüş üçün təbiidir. Düşünürəm ki, bu görüş zamanı bizim bu məsələləri müzakirə etmək imkanımız olacaq”, - XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, yaxın zamanlarda Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR