İƏT Baş katibi: “Əməkdaşlığın güclənməsi region ölkələrinin maraqlarına cavab verəcək” 

İƏT Baş katibi: “Əməkdaşlığın güclənməsi region ölkələrinin maraqlarına cavab verəcək” 
# 17 may 2022 16:51 (UTC +04:00)

“2020-ci ildə üzv ölkələrin region daxilində ticarəti regionun qlobal ticarət dövriyyəsinin 7,5 %-ni təşkil edib ki, bu da çox azdır”.

APA xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri deyib.

O bildirib ki, bu nöqteyi-nəzərdən əməkdaşlığın genişləndirilməsi, region ölkələr arasında ticarətin inkişaf etdirilməsi çox vacibdir: “İƏT ölkələrinin ticarət əlaqələrinin inkişafı üçün üzv ölkələrin parlamentlərində hüquqi sənədlərin ratifikasiya olunması xüsusi əhəmiyyət kəsb edir. Hər bir üzv dövlətin parlamentinin sənədləri imzalaması çox vacibdir, eyni zamanda İƏT-in büdcəsini dəstəkləmək də vacibdir. Kifayət qədər maliyyə vəsaiti dövlətlər tərəfindən ayrılmış olsa, İƏT öz fəaliyyətini uğurla həyata keçirə biləcək. Üzv dövlətlərin parlamentləri arasında əməkdaşlığın güclənməsi region ölkələrinin maraqlarına cavab verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR