İsrail Xarici İşlər Nazirliyinin (XİN) yüksək səviyyəli rəsmiləri Şəhidlər xiyabanını ziyarət edib.
APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında məlumat verib.
Səfirin sözlərinə görə, Bakıda keçirilən İsrail səfirlərinin konfransını yekununda İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun rəhbərlik etdiyi nümayəndə heyəti Qara Yanvarın xatirəsini Azərbaycan xalqı ilə birlikdə anmaq üçün Bakıdakı Şəhidlər xiyabanını ziyarət edib.