Müvəqqəti işlər vəkili: Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Müvəqqəti işlər vəkili: Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
# 31 may 2023 18:57 (UTC +04:00)

“Artıq üçüncü dəfədir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə 44 günlük müharibə dövründə raket hücumları nəticəsində Gəncədə həlak olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edirəm. Hər dəfə də burada raket zərbələri zamanı həlak olan uşaqların oyuncaqlarını görəndə çox pis oluram. Müharibə çox dəhşətli nəticələri olan acınacaqlı bir şeydir. Latviya bütün dünyada sülh və əmin-amanlıq olmasını arzulayır və münaqişələrin sülh yolu ilə həll olunmasını istəyir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə səfərdə olan Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib. Onun sözlərinə görə, Latviya Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsinin bağlanacağına, tezliklə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçiriləcəyinə ümid edir: “Latviya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Biz ümid edirik ki, Avropa İttifaqının dəstəyi ilə tezliklə ölkələr arasında davamlı sülh müqaviləsi imzalanaq və insanlar bir daha müharibə, atəş səsləri eşitməyəcək, raket zərbələrinin şahidi olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR