Nazir: Bu il TDT çərçivəsində əməkdaşlığa xüsusi önəm verilib

Nazir: Bu il TDT çərçivəsində əməkdaşlığa xüsusi önəm verilib
# 27 dekabr 2022 15:34 (UTC +04:00)

İl ərzində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığa xüsusi önəm verilib.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, təşkilat çərçivəsində bu il çox mühüm qərarlar qəbul edilib: “TDT-yə üzv ölkələr tərəfindən Azərbaycanın münaqişədən sonra bərpa-quruculuq işləri üzrə səylərinə dəstək veriləcəyi və Zəngəzur dəhlizinin açılmasına da tam dəstək ifadə olunub. Şuşanın Türk dünyasının 2023-cü ildə mədəniyyət paytaxtı elan olunması da əlamətdar hadisədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR