Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisi memorandum imzalayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisi memorandum imzalayıb

© APA | Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nin Cenevrə Ofisi memorandum imzalayıb

# 21 iyun 2022 09:50 (UTC +04:00)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə APA-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.

BMT Cenevrə Ofisinin Baş Direktoru xanım Tatyana Valovaya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həm-Sədri Dr. İsmayıl Seragəldin tərəfindən imzalanan memoranduma əsasən hər iki təşkilat multilateralizm, sülh, inkişaf və mədəni anlaşmanın təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq Ümumdünya Səhiyyə Təşkilatı ilə strateji əməkdaşlıq memorandumu imzalanıb və Mərkəz digər qurumlarla da əməkdaşlığını inkişaf etdirmək istiqamətində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR