Orban: Prezident İlham Əliyev Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək verib

Orban: Prezident İlham Əliyev Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək verib
# 30 yanvar 2023 19:33 (UTC +04:00)

“Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk”.

APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.

“Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir. Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək”, - Viktor Orban vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR