Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
APA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
***
18:53
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana yola düşüb.
APA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin "Twitter" hesabında paylaşım edilib.
"Prezident Şavkat Mirziyoyev Azərbaycan işgüzar səfərə getdi", - paylaşımda qeyd olunub.
Şavkat Mirziyoyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakı Zirvə görüşündə iştirak edəcək.