Özbəkistan XİN: Füzulidə tikilən müasir məktəb yeni tədris ilində istifadəyə veriləcək

Baxtiyor Saidov

© APA | Baxtiyor Saidov

# 24 fevral 2023 14:21 (UTC +04:00)

Azərbaycanın Füzuli şəhərində Özbəkistan tərəfindən tikilən müasir məktəb yeni tədris ilində istifadəyə veriləcək.

APA “Sputnik”in Özbəkistan bürosuna istinadən xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbərinin vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumunda danışıb.

Saidov həmçinin qeyd edib ki, bu təhsil ocağı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR