Rusiya XİN: Üçtərəfli bəyanatlar Azərbaycan-Ermənistan normallaşması üçün etibarlı zəmindir

Rusiya XİN: Üçtərəfli bəyanatlar Azərbaycan-Ermənistan normallaşması üçün etibarlı zəmindir
# 29 dekabr 2022 13:37 (UTC +04:00)

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiya üçtərəfli sazişlərin bütün spektrinə əsaslanır. Məhz üçtərəfli bəyanatlar bu prosesin inkişafı üçün etibarlı zəmin təşkil edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

O, Rusiyanın vasitəçi kimi öz funksiyasını səmərəli yerinə yetirməyə çalışdığını deyib.

"Biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiq öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq, buna görə də vasitəçi kimi biz həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Ümid edirəm ki, Ermənistan bundan xəbərdardır", - Zaxarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR