Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı müzakirə edilib

İliya Darçiaşvili və Mövlud Çavuşoğlu

© APA | İliya Darçiaşvili və Mövlud Çavuşoğlu

# 28 iyul 2022 17:24 (UTC +04:00)

Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatını müzakirə ediblər.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Qeyd olunub ki, söhbət zamanı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşünü alqışladığını bildirib.

O, Gürcüstanın gələcəkdə də regionda sülhün təmin edilməsi istiqamətində müsbət rol oynayacağına ümid etdiyini vurğulayıb.

Gürcüstan və Türkiyə XİN başçıları iki ölkə arasında çoxtərəfli formatlarda, xüsusilə də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çərçivəsində əməkdaşlığın önəmini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR