Türkiyə səfiri və Binəli Yıldırım Şuşaya gedib - YENİLƏNİB

Türkiyə səfiri və Binəli Yıldırım Şuşaya gedib - YENİLƏNİB
# 14 iyun 2022 19:10 (UTC +04:00)

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Şuşaya səfər edib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter”də bildirib.

Səfər Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ərəfəsində baş tutub.

***

16:33

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya səfər edib.

APA xəbər verir ki, o bu barədə “Twitter”də paylaşım edib

“Şuşa Bəyannaməsinin imzalanmasının birinci il dönümü münasibətilə Şuşa yolundayıq”, – paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR