FİFA klublararası dünya çempionatının vaxtını açıqlayıb

FİFA klublararası dünya çempionatının vaxtını açıqlayıb
# 29 noyabr 2021 12:58 (UTC +04:00)

Klublararası dünya çempionatının vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu FİFA açıqlayıb.

BƏƏ-də keçiriləcək turnirə 2022-ci il fevralın 3-də start veriləcək. Dünya çempionu ayın 12-də bəlli olacaq. Bu gün turnirin püşkatma mərasimi baş tutacaq.

Qeyd edək ki, turnirdə “Çelsi” (İngiltərə), “Palmeyras” (Braziliya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Əl-Əhli” (Misir), “Monterrey” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya) və “Əl-Cəzirə” (BƏƏ) mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR