Nazir: Ağdam Sənaye Parkında beş layihəyə baxılır

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 01 dekabr 2021 11:21 (UTC +04:00)

Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça, xüsusi və fərdi geyimlər, polimer məhsulları, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtükləri, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə beş layihəyə baxılır.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb.

Nazir qeyd edib ki, bu layihələr üzrə 1 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR