Qamət Süleyman İlqar Mollaçıyevi tanımadığını desə də, onun namaz qılmağı Dağıstanda öyrəndiyini bilir

Qamət Süleyman İlqar Mollaçıyevi tanımadığını desə də, onun namaz qılmağı Dağıstanda öyrəndiyini bilir
# 08 sentyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Əbu Bəkr” məscidinin yaxın bir həftə ərzində açılmasa üçün müvafiq qurumlara müraciət edəcəyik. Kim bu ərazidə sakitlik tələb edirsə, buna görə də məscidin bağlanmasını istəyirsə, başqa yerə köçsün”. Bunu APA-ya açıqlamasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleyman bildirib. İmam “Əbu Bəkr” camaatının hazırda müxtəlif məscidlərdə ibadət etdiklərini deyib.

Qeyd edək ki, məscidin yerləşdiyi Ü. Bünyadzadə küçəsinin sakinlərinin “Əbu- Bəkr”in qapadılması ilə bağlı imza toplayaraq, ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır. Qamət Süleyman isə məscidin Azərbaycanda radikallığın qarşısının alınmasında böyük rol oynadığını iddia edib: “Çoxları bunu bilmir”.

Q. Süleymanov, həmçinin “Əbu Bəkr” məscidinin partladılmasında şübhəli bilinən və bu gün səhər Dağıstanda məhv edilən İlqar Mollaçıyevi tanımadığını deyib: “O, namaz qılmağı Dağıstanda öyrənib. Biz onu tanımırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR