Adil Əliyev: “Nərimanov sakinləri “Əbu Bəkr” məscidinin açılmasını istəmirlər”

Adil Əliyev: “Nərimanov sakinləri “Əbu Bəkr” məscidinin açılmasını istəmirlər”
# 04 noyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Deputatı olduğum Nərimanov rayon sakinləri “Əbu Bəkr” məscidinin açılmasını istəmirlər. Həmin ərazidə yaşayan insanları çox yaxşı tanıyıram. Məscidin bağlı qalması onların ürəyindəndir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Adil Əliyev bildirib. Nərimanov rayonun 20 saylı Seçki Dairəsindən deputat seçilən A. Əliyev “Əbu Bəkr” məscidi ətrafında yaşayan insanların onun seçiciləri olduğunu, məscidin fəaliyyəti ilə bağlı onlardan daim şikayət eşitdiyini deyib: “Hesab edirəm ki, Azərbaycanda dini azadlıq yüksək səviyyədə qorunur, tolerantlıq hökm sürür. Ölkədə “Dini etiqad azadlığı haqqında” mükəmməl qanun var”.

Qeyd edək ki, bu gün “Əbu Bəkr” məscidinin bağlanmasına etiraz edən bir qrup şəxs dövlət başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR