“Əbu Bəkr” məscidində yoxlamaların başa çatması ləngiyir

“Əbu Bəkr” məscidində yoxlamaların başa çatması ləngiyir
# 15 noyabr 2008 10:45 (UTC +04:00)
Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov məlumat verib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin ekspertləri tərəfindən “Əbu Bəkr” məscidinə dəymiş ziyanın hesablanması davam etdirilir.

Məscidə dəyən ziyanın hesablanmasında yaranmış ləngiməni Ə. İsmayılov partlayış nəticəsində məscidin divarında yaranmış çatın dərinliyinin müəyyən edilməsində ekspertlərin çətinlik çəkməsi ilə izah edib.

Ə. İsmayılov yoxlamaların yaxın günlərdə başa çatacağını və məscidə dəymiş ziyanın məbləğinin tezliklə müəyyən ediləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR