Bu axşam azərbaycanlı hacıları gətirən son avtobus ölkəyə daxil olacaq

Bu axşam azərbaycanlı hacıları gətirən son avtobus ölkəyə daxil olacaq
# 04 dekabr 2009 14:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Həcc ziyarətinə qatılan azərbaycanlı hacıların vətənə dönüşü davam edir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc ziyarətində iştirak edən nümayəndəsi Həmdulla Babayev APA-ya açıqlamasında Azərbaycandan Həcc ziyarətinə yollanan sonuncu avtobusun bu gün ölkə ərazisinə daxil olacağını deyib: “Bizim avtobusdan başqa bütün avtobuslar artıq Azərbaycana çatıb. Biz isə bu axşam ölkəyə daxil olacağıq”.

H. Babayev hacıların təyyarə ilə qayıdışının davam etdiyini də söyləyib: “Artıq iki təyyarə reysi ilə hacılar Azərbaycana qayıdıblar. Digər reyslərin isə sabah və o biri gün baş tutacağı gözlənilir”.

QMİ rəsmisi bütün hacıların səhhətinin normal olduğunu da açıqlayıb.

Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətində 2 min nəfər iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR