Azərbaycanlı Hacıların hamısı Vətənə qayıdıb

Azərbaycanlı Hacıların hamısı Vətənə qayıdıb
# 07 dekabr 2009 09:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycandan Həcc ziyarətinə gedənlərin hamısı Vətənə qayıdıb. Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. R. Dadaşova deyib ki, Azərbaycandan Həcc ziyarətinə gedən 2 min nəfərin hamısı sağ-salamat evlərinə dönüb. Onun sözlərinə görə, Həcc ziyarətindən qayıdanlar hazırda yaşadıqları ərazilərdə sahə həkimlərinin nəzarətindədirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR