Azərbaycanda daha 27 dini icma dövlət qeydiyyatına alınıb - FOTOSESSİYA

Azərbaycanda daha 27 dini icma dövlət qeydiyyatına alınıb - <font color=red>FOTOSESSİYA</font>
# 08 dekabr 2009 09:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda daha 27 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim olunub. APA-nın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov indiyədək 400-dək icmanın qeydiyyat üçün müraciət etdiyini bildirib: “Onların bir hissəsi artıq qeydiyyata alınıb. Bu icmaların mütləq əksəriyyəti müsəlman dini icmasıdır. Onların hamısına Qafqaz Müsəlmanları İdarəsi rəy verib”.

H. Orucov deyib ki, dini icmaların yenidən qeydiyyata alınması işin yenidən qurulması deməkdir.

Bu gün qeydiyyat şəhadətnaməsi təqdim edilən 27 dini icmadan 2-si qeyri-İslam təmayüllüdür. Bunlar “Azərbaycan Yəhudiləri” və “Bakı şəhəri Krişna Şüuru” dini icmalarıdır.

Qeyd edək ki, bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış dini icmaların sayı 60-ı ötüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR