Şeyxülislam: “Talibanı Amerika özü yaradıb”

Şeyxülislam: “Talibanı Amerika özü yaradıb”
# 15 dekabr 2009 11:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Taliban Əfqanıstanda İslam dövləti yaratmaq istəyir, bu mübarizədə insanlar qırılır, uşaqlar məhv olur. Halbuki bu təşkilatı Amerika yaradıb”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qazilər Şurasının bu gün keçirilən iclasında deyib. Şeyxin sözlərinə görə, artıq neçə ildir, Amerika və Avropa bin Ladendən danışır: “Necə ola bilər ki, neçə ildir, onu tuta bilmirlər? Bu, dünyanın bəzi siyasətçilərinin özlərinin oyunlarıdır. Bu gün İslamı elə oyunlara qarışdırmaq istəyirlər ki, özlərinə uyğun olaraq, istər Avropada, istərsə də bizim daxilimizdə bəzi şeylərə müdaxilə etsinlər”.

Şeyx onu da bildirib ki, 2010-cu ilin aprelində Bakıda dünyanın dini liderlərinin iştirakı il toplantı keçiriləcək: “Toplantıda 10-a qədər patriarxın, müsəlman dini liderlərinin hamısının iştirakı nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR