İçərişəhər Cümə Məscidinin Axundu: “Məhərrəm ayında şadlıq etmək haram və günahdır”

İçərişəhər Cümə Məscidinin Axundu: “Məhərrəm ayında şadlıq etmək haram və günahdır”
# 21 dekabr 2009 14:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Aşurada, ondan sonrakı matəm günlərində şadlıq etmək haram və günahdır. Din xadimləri bununla bağlı çağırışlar etməli, insanları belə günlərdə şadlıq etməkdən çəkindirməlidirlər. Biz indi İslamın ən böyük şəxsiyyətlərindən olan Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin şəhid olduğu faciəli ayı yaşayırıq. Bütün dünyada müsəlmanlar bu günləri xüsusi şəkildə qeyd edirlər. Biz də milli-mənəvi dəyərlərimizə söykənərək, belə günlərdə layiqincə davranmalıyıq”. Bu sözləri APA-ya açıqlamasında İçərişəhər Cümə Məscidinin Axundu Hacı Surxay Məmmədli deyib. Axund bildirib ki, Məhərrəm ayı, Aşura günü və ondan sonrakı matəm günləri Yeni il ərəfəsinə təsadüf etdiyi üçün insanlar şadlıq evlərində, restoranlarda bayram tədbirləri təşkil edib, əyləncələr qurmaqdan çəkinməlidirlər. Onun sözlərinə görə, İmam Hüseynin şəhadəti günü uzun əsrlərdir, Azərbaycanda xüsusi şəkildə keçirilir. Surxay Məmmədli bildirib ki, milli və dini adət-ənənələri pozanlara yaxşı heç nə vəd etmək olmaz: “Bu faciədir və belə gündə eyş-işrət məclisi qurmaq düzgün deyil. Həmin günlər insanlar daha humanist olmalıdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR