Vifleemdə erməni və yunan ruhaniləri arasında dava düşüb

Vifleemdə erməni və yunan ruhaniləri arasında dava düşüb
# 30 dekabr 2009 15:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Yunan və erməni ruhaniləri Fələstin milli muxtariyyəti ərazisində yerləşən Vifleemdəki İsa kilsəsində dalaşıblar. APA-nın məlumatına görə, dava bu gün rəvayətə görə İsa Peyqəmbərin doğulduğu kilsədə təmizlik işləri apararkən baş verib. Təmizlik işləri hər il Miladdan öncə kilsədə ibadət edən müxtəlif konfessiyalar tərəfindən aparılır. Yunanların dediyinə görə, təmizlik işləri başlamadan konfessiyalar arasında görüləcək işlər barədə saziş imzalanıb. Amma yunan rahibləri katolik-fransiskanlarla birlikdə təmizlik işlərinə başlayan zaman ermənilər onlara nərdivan quraşdırmağa imkan verməyiblər. Bu səbəbdən də dava başlayıb. Dava nəticəsində yunan tərəfdən 5 ruhani zərər çəkib, birinin 2 barmağı sındırılıb, digəri belindən zərbə alıb. Ermənilər tərəfindən zərər çəkənlər barədə məlumat yoxdur. Qüdsün pravoslav patriarxı bəyan edib ki, erməni ruhaniləri təxribat və problemlər yaradaraq mühiti gərginləşdirirlər.
.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR