Finlandiyalı ekspert: “Minarə və baş örtüyü qadağası bəzi insanların dəyişikliklərdən qorxmasının nəticəsidir” – MÜSAHİBƏ

Finlandiyalı ekspert: “Minarə və baş örtüyü qadağası bəzi insanların dəyişikliklərdən qorxmasının nəticəsidir” – <font color=red>MÜSAHİBƏ </font>
# 11 yanvar 2010 08:10 (UTC +04:00)
- Avropalıların islama münasibəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Ümumilikdə, bütün ölkələr haqqında fikir yürütmək mümkün deyil. Avropa deyərkən biz təkcə Avropa Birliyinə daxil olan ölkələrdən danışa bilmərik. Bəzi avropalıların özləri müsəlmandır. Müsəlman azlıqların uzun illər boyu cəmiyyətin böyük hissəsi olduğu cənub-şərqi Avropa ölkələri var - Bosniya və Albaniya kimi. Bundan əlavə, müsəlmanların çox sayda miqrasiya etdiyi Fransa, İngiltərə və Almaniya kimi qərbi Avropa ölkələri var. Artıq bu ölkələrdə müsəlmanların çoxu immiqrant deyil, onlar immiqrantların övladlarıdır və buna görə də müxtəlif səviyyələrdə yerli cəmiyyətlərin bir hissəsinə çevriliblər. Nəhayət, hal-hazırda müsəlmanların daha çox miqrasiya etdiyi ölkələr də var ki, İsveç buna misal ola bilər. İsveç ən azı 20 ildir ki, çoxlu sayda müsəlman qaçqınları qəbul edir, amma Finlandiya müsəlman qaçqınları və immiqrantları daha az sayda qəbul edən ölkələr içərisindədir. Buna görə də islam müxtəlif Avropa ölkələrində fərqli olduğu üçün ümumi nəticə çıxarmaq mümkün deyil.

- Sizcə müsəlman cəmiyyətlərinin ən əsas problemi nədir? Onlar avropadakı yerli icmalara necə inteqrasiya edə bilər?

- Mən Şərqi Avropa haqqında çox bilmirəm. Qərbi Avropa müsəlmanları haqqında onu deyə bilərəm ki, onlar yoxsuldur, yüksək işsizlik və aşağı səviyyədə təhsilə malikdir. Bu, sadəcə, müsəlmanlara da aid deyil, daha çox immiqrantların və onların uşaqlarının problemidir. Əlbəttə, sosial baxımdan təcridolunma, mənfi rəy və radikal münasibət var, amma mən düşünürəm ki, bunlar ictimai-iqtisadi (sosial-iqtisadi) problemlərin ümumi simptomlarıdır.

Amerikadakı təcrübə isə maraqlı ziddiyyət təşkil edir. Amerika müsəlmanları daha yaxşı təhsilə və orta amerikalının malik olduğu işə sahibdir. Amerikada radikal münasibət problem olub, amma Avropaya nisbətən daha azdır.

- Necə olur ki, İsveçrədə insanlar minarələrin əleyhinə çıxır? Bunun səbəbi nədir? Niyə xristianlar və müsəlmanlar dialoq qura bilmirlər?

- Əvvəla, heç də bütün avropalılar xristian deyil və ya real mənada xristian deyil. Bir çox ölkələrdə kilsələr müsəlman cəmiyyətləri ilə yaxşı münasibət yaradıb və dialoq qurub. Bu, daha çox sosial problemdir, nəinki dini problem. İsveçrədə minarə qadağası dəyişikliklərdən qorxan müxtəlif sağ partiyalar və qruplar tərəfindən qaldırılıb. Müsəlmanların Avropaya immiqrasiyası qloballaşmanın tərkib hissəsidir və bəzi insanlar qloballaşmadan və ətraf aləmin onların nəzarətindən kənar şəkildə dəyişməsindən qorxurlar. Minarələri qadağan etmək üçün səsvermə (və ya baş örtüsünə qadağalar) nəzarəti əldə saxlamağın bir yoludur.

- Sizcə minarə məsələsi İsveçrə ilə müsəlman ölkələrinin münasibətlərinə və İsveçrənin iqtisadi durumuna təsir edəcəkmi?

- Mən həqiqətən bilmirəm, ancaq Danimarkada karikatura böhranından sonra müsəlman ölkələrinin Danimarka məhsullarının boykot etməsi ölkə iqtisadiyyatına təsir göstərmişdi.

- Bir sıra Avropa liderləri qadınların baş örtüyündən istifadə etməsinin qadağan olunmasında israr edir. Bütün bu cəhdlər müsəlman icmalarının hüquqlarının pozulması kimi qəbul edə bilərmi?

- Baş örtüyü çox simvolikdir və Avropanın siyasi və mədəni sistemlərinin necə fərqli ola biləcəyini göstərir. Böyük Britaniyada liberalizm əsas götürülür və bu, o deməkdir ki, dövlət başqalarına zərər dəyməyəcəyi halda insanlara nəyi necə etmək barədə göstəriş vermir. Hicab şlyapanın bir tipidir və dövlət insanlara nəyi geyinib nəyi geyinməməyi məsləhət görməli deyil. Nəticə olaraq İngiltərədə müsəlman qadın polislər istəsələr, rəsmi polis hicabı əldə edə bilərlər. Dövlət faktiki olaraq baş örtüyünü polis formasının bir hissəsi kimi görə bilir. Fransada isə belə bir təəssürat yaranır ki, dövlət ateizm ənənəsini qorumaq istəyir. Buna əsasən din yalnız şəxsi həyatın bir hissəsidir, ictimai həyatın yox. Buna görə də dövlət məktəblərində müəllim və tələbələr tərəfindən hicab geyilməsi qadağan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR