Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilib - FOTOSESSİYA

Bakıda MDB Dinlərarası Şurasının iclası keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 aprel 2010 20:58 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış nitqi ilə çıxış edən Şuranın həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə iclas iştirakçılarını salamlayıb, bu cür tədbirlərin MDB ölkələri arasında həmrəyliyə və mədəni əlaqələrin güclənməsinə yardım edəcəyini bildirib.

A. Paşazadə çıxışında MDB Dinlərarası Şurasının uzun illik fəaliyyəti haqqında danışıb. O, Şuranın bu illər ərzində mühüm işlər gördüyünü xüsusi qeyd edib. Dağlıq Qarabağ münaqişəsinə toxunan QMİ sədri bu problemin yalnız iki xalqın deyil, dinlərarası və etniklərarası problem olduğunu qeyd edib.

O, Rus Pravoslav Kilsəsinin bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə erməni kilsəsi arasında vasitəçilik təşəbbüsü ilə çıxış etdiyini və dini liderlərin diqqətinin bu problemin həllinə yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb.

İclasda, həmçinin təşkilati məsələlərə baxılıb. A. Paşazadə MDB Diblərarası Şurasının Nizamnaməsinə uyğun olaraq, iclas iştirakçılarına Şuranın yeni həmsədrini, Moskva və Bütün Rusiyanın patriarxı Kirilli təqdim edib.

Sonra söz patriarx Kirillə verilib. Kirill MDB Dinlərarası Şurasının dünyanın yaxşı istiqamətdə dəyişməsi, MDB məkanında bütün dini dözümsüzlüyün və münaqişələrin aradan qalxması məqsədilə dialoqu davam etdirdiyini deyib: “Şura məhz dialoqun inkişafına yardım üçün yaradılıb. Hazırkı böhranlı vəziyyətdə bu toplantı həm də simvolik xarakter daşıyır. Bizə baxan insanlar dini rəhbərlərin bir araya gəldiyini, dialoq apardığını görəcək”.

İclasda MDB ölkələrindən 17 dini xadim iştirak edib.

Qeyd edək ki, aprelin 26-da Bakıda Dünya Dini Liderlərinin Sammiti keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR