Qarabağ Azadlıq Təşkilatı II Qareginin Azərbaycana gəlməsinə etiraz olaraq aksiya keçiriblər

Qarabağ Azadlıq Təşkilatı II Qareginin Azərbaycana gəlməsinə etiraz olaraq aksiya keçiriblər
# 26 aprel 2010 11:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) qadın üzvləri bütün ermənilərin katolikosu II Qareginin Bakıda keçirilən dini liderlərin tədbirinə qatılmasına etiraz olaraq aksiya keçiriblər. QAT-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiya iştirakçıları əllərində Xocalıda qətlə yetirilmiş qadınların və uşaqların şəkillərini tutaraq tədbirin keçirildiyi “Gülüstan” sarayının qarşısına gəlib, etirazlarını bildiriblər. Sonra polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.

Ötən gün isə QAT-ın bir qrup üzvü Xətai rayonu ərazisində “Sərhədçi” idman kompleksində keçirilən boks üzrə dünya çempionatında erməni idmançılarının iştirakına etiraz olaraq aksiya keçiriblər. QAT üzvləri erməni idmançılarının yarışdan kənarlaşdırılması və Azərbaycanı tərk etmələri tələb olunub. QAT üzvlərindən 6-sı polis tərəfindən saxlanılıb. Onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR