Qubada 200 yaşı olan sineqoq əsaslı şəkildə təmir olunub

Qubada 200 yaşı olan sineqoq əsaslı şəkildə təmir olunub
# 04 oktyabr 2010 12:26 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Quba rayonunda dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə 200 yaşı olan sineqoq əsaslı şəkildə təmir olunub. APA-nın şimal bürosunun məlumatına görə, qədim ibadət ocağının yenidən istifadəyə verilməsi xüsusi təntənə ilə qeyd edilib.
Mərasim “Tövrat”ın təntənəli şəkildə sineqoqa gətirilməsi ilə başlayıb. Çıxışlarda bildirilib ki, Qırmızı Qəsəbənin ibadət ocağı 200 il əvvəl inşa olunub. Sonuncu dəfə 1890-cı ildə əsaslı təmir edilib. O vaxtdan bəri binada tədricən qəza vəziyyəti yaranıb.
Qırmızı Qəsəbədən olan xeyriyyəçilərin hesabına sineqoq binasında yenidənqurma işləri aparılıb.
Mərasimdə iştirak edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qırmızı Qəsəbə dini icmasını təbrik edərək, tolerant ölkə olan Azərbaycanda bütün dini azlıqlara qarşı hörmət və ehtiram göstərildiyini vurğulayıb.

Təmirlə əlaqədar bir illik fasilədən sonra dağ yəhudiləri yenidən qədim sineqoqda ibadətlərə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR