Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Dağıstan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Dağıstan prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 03 yanvar 2011 10:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Dağıstanın prezidenti Maqomedsalam Maqamedovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Dağıstan arasındakı əlaqələr və münasibətlərin perspektiv inkişafına dair məsələlər müzakirə olunub.

Nümayəndə heyətində Rusiya Federal Məclisinin Federal Şurasının sədr müavini İlyas Umaxanov, Dərbənd şəhər İcra Hakimiyyətinin başçısı Qurban Qurbanov təmsil olunub. Görüşdə həmçinin Rusiyanın Azərbaycandakı səfiri Vladimr Doroxin, Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov, QMİ sədrinin müavinləri Hacı Salman Musayev və Hacı Sabir Həsənli iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR