Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd (s) peyğəmbərin mövludu münasibətilə mərasim keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd (s) peyğəmbərin mövludu münasibətilə mərasim keçirilib
# 22 fevral 2011 12:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd (s) peyğəmbərin mövludu münasibətilə mərasim keçirilib. APA-nın məlumatına görə, Qurani-Kərimin oxunması ilə başlayan mərasimdə çıxış edən QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Allahın insanları düz yola yönəltməsi üçün yer üzünə göndərdiyi peyğəmbərlərin fəaliyyətlərindən, axirətini qazanmaq istəyən insanın üzərinə düşən məsuliyyətdən danışıb. Allahın insanlara göndərdiyi sonuncu peyğəmbərin həyatı barədə də fikirlərini söyləyən A. Paşazadə Məhəmməd (s) peyğəmbərin fərqli bir insan olduğunu da qeyd edib. Onun sözlərinə görə, həm sağlığında, həm də sonralar peyğəmbərə qarşı hədyanlar keçərli olmayıb və bu hədyanları söyləyənlər insanlar tərəfindən lənətlənib. Şeyxülislam Məhəmməd (s) peyğəmbərin mövludunun qeyd olunmasında sovet dövründə qarşılaşdıqları çətinlikləri də xatırlayıb. O, bu gün artıq belə problemlərin olmadığını söyləyib. Mərasimdə çıxış edən QMİ-nin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə, QMİ-nin Elmi-dini Şurasının üzvləri, akademik Teymur Bünyadov və akademik Bəkir Nəbiyev Məhəmməd (s) peyğəmbər barədə çıxış ediblər. Tədbirin bədii hissəsində “Əhli-beyt məddahları” dini musiqi qrupunun çıxışı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR