Bakının dağ yəhudiləri köhnə sinaqoqda son ibadətlərini edəcəklər

Bakının dağ yəhudiləri köhnə sinaqoqda son ibadətlərini edəcəklər
# 11 mart 2011 07:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bakının dağ yəhudiləri sökülməsi nəzərdə tutulan köhnə sinaqoqda sonuncu dəfə ibadət edəcəklər. APA-nın Yəhudi Xəbərlər Agentliyinə istinadən verdiyi məlumata görə, Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov bildirib ki, martın 13-də tarixən yəhudi məhəlləsi adlanan ərazidə inşa edilmiş yeni sinaqoqa köçməklə bağlı bütün işlər tamamlanmalıdır.

İnşa ediləcək Qış Bulvarı ərazisində yerləşən, 1946-cı ildən fəaliyyət göstərən köhnə sinaqoqun sökülməsinə martın 14-də başlana bilər.

Son ibadətə icmanın yüzlərlə üzvü toplaşacaq. Bu, həm ibadət, həm də minlərlə insan üçün müqəddəs yer olan sinaqoqla vida mərasimi olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR