QMİ: Hacı Vaqif Kazımov Hacıqabul rayonunun baş axundu deyil

QMİ: Hacı Vaqif Kazımov Hacıqabul rayonunun baş axundu deyil
# 12 aprel 2011 14:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə 3 günlük inzibati həbs cəzası almış Hacı Vaqif Kazımov həmin rayonun baş axundu deyil. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. R. Dadaşova Hacıqabul “Cümə” məscidinin baş axundunun 2003-cü ildə dəyişdirildiyini, axundun başqa şəxs olduğunu deyib.

Qeyd edək ki, Hacı Vaqif Kazımov Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Bundan əvvəl isə o, AXCP sədri Əli Kərimlinin müşaviri olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR