QAT sədri Akif Nağı II İohann Pavelin övliyalar sırasına daxil edilməsinə etiraz olaraq Roma Papasına məktub göndərib

QAT sədri Akif Nağı II İohann Pavelin övliyalar sırasına daxil edilməsinə etiraz olaraq Roma Papasına məktub göndərib
# 03 may 2011 14:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Roma Papası 16-cı Benediktə məktub göndərib.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Nağı məktubunda mərhum Roma Papası 2-ci İohann Pavelin bu günlərdə övliyalar sırasına daxil edilməsi və gələcəkdə müqəddəs elan olunması ehtimalı ilə bağlı narahatçılığını bildirib. Məktubda qeyd olunub ki, QAT katolik kilsəsinin daxili işlərinə qarışmaq fikrində deyil. Lakin xristian ehkamları müqəddəslər sırasına daxil ediləcək hər kəsin Allah və bəndələr qarşısında haqsızlıq, ədalətsizlik və günahlardan təmiz olmasını tələb edir. Ona görə də nəzərinizə çatdırmağı Allah qarşısında borc bildik ki, mərhum Papa 2-ci İohann Pavel Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş işğal və qətliamlarla, o cümlədən Xocalı qətliamı ilə bağlı vaxtilə ədalətli mövqe tutmayıb: “O, 1992-ci ildə Qarabağdakı erməni dəstələrinə məktub yazıb, onlara “Allahdan aldığı gücü” göndərdiyini bildirib, onların təcavüzkar hərəkətlərini “din uğrunda döyüş” kimi qiymətləndirib və “imkan olarsa Xocalıya gəlib orada həlak olmuş erməni qardaşlarının döyüş məkanlarına baş əyəcəyini” bildirib. Ola bilər ki, həmin dövrdə Papa erməni təbliğatı tərəfindən aldadılıb. Ona görə də biz 2002-ci ildə Bakıya səfəri zamanı ondan müəyyən etiraflar gözlədik. Təəssüf ki, 2-ci İohann Pavel Azərbaycanda olarkən “bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur” ifadəsi ilə kifayətləndi. Növbəti ildə, 2003-cü ilin sentyabrında İrəvana səfər edərkən isə, orada Qarabağ müharibəsində ölən ermənilərin məzarını ziyarət etdi”.

A. Nağı məktubda bu məsələ ilə bağlı narahatlığını diqqətə çatdıraraq, qərar verməmişdən əvvəl ciddi düşünməyi məqsədəuyğun hesab edib.

Məktub Vatikanın Bakıdakı nümayəndəliyinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR