Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə nümayəndəlikləri açılacaq

Qafqaz Müsəlmanları İdarəsinin xarici ölkələrdə nümayəndəlikləri açılacaq
# 06 iyul 2011 10:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları ilə görüşdə deyib.

H. Orucov bildirib ki, Azərbaycanda dini etiqad azadlığı həmişə təmin olunub: “Azərbaycanda tolerantlıq qədim dövrlərdən bu günümüzə qədər mövcud olub. Tolerantlıq sahəsində biz bəzi ölkələrə örnək ola bilərik”.

O, Azərbaycan prezidenti İlham Əliyevin “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin qüvvəyə minməsi haqqında iyulun 1-də imzaladığı fərmana əsasən, azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəliklərinin yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb: “Dövlət tərəfindən maliyyələşdiriləcək bu nümayəndəliklər soydaşlarımızın mənəvi-dini problemlərinin həlli ilə məşğul olacaq, onlara yardım göstərəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR