Azərbaycanlı hacıları gətirən ilk təyyarə bu gecə Bakıya enəcək

Azərbaycanlı hacıları gətirən ilk təyyarə bu gecə Bakıya enəcək
# 14 noyabr 2011 08:41 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Hacı adını almış azərbaycanlı zəvvarların ilk qrupu artıq İraq ərazisini tərk edib, ikinci karvan isə hazırda İordaniya ərazisindədir. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın APA-ya verdiyi xəbərə görə, ikinci karvan sabah səhər saatlarında İraq ərazisinə daxil olacaq.

R. Dadaşova ilk təyyarənin bu axşam saatlarında Mədinə aeroportundan Bakıya istiqamət götürəcəyini deyib: “Təyyarə gecə saatlarında Bakıya enəcək”.

O, avtobusla gedən zəvvarların noyabrın 16-dək Azərbaycanda olacaqlarını, sonuncu təyyarənin isə noyabrın 19-da Bakıya enəcəyini bildirib.

Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR