«Əl-Qaidə» lideri: «Ben Laden mülayim və xeyirxah insan idi»

«Əl-Qaidə» lideri: «Ben Laden mülayim və xeyirxah insan idi»
# 17 noyabr 2011 04:45 (UTC +04:00)
Bakı-APA. «Əl-Qaidə» terror şəbəkəsinin başçısı Ayman əz-Zəvahiri öz videomüraciətində sələfi Üsamə ben Ladeni «çox xeyirxah insan» adlandırıb. Bu barədə BBC məlumat verir.

«İmamla keçirilən günlər: Birinci hissə» adlanan video təxminən 30 dəqiqə çəkir. Əz-Zəvahiri bu videonu Ben Ladenin «insani tərəfini» göstərmək üçün çəkdiyini bildirib.

«İnsanlar bilmirlər ki, bu adam hətta həyatının ən ağır məqamlarında həssas, mülayim, xeyirxah olub...Biz heç vaxt onun kimi biriylə rastlaşmamışıq», deyə Əz-Zəvahiri bildirib.

«Əl-Qaidə» liderinin sözlərinə görə, ben Laden öz uşaqlarına və onların təhsilinə çox böyük vaxt ayırırmış.

Bu ilin may ayında ABŞ xüsusi təyinatlılarının Üsamə ben Ladeni Pakistanda qətlə yetirmələrindən sonra «Əl-Qaidə»yə əz-Zavaxiri başçılıq etməyə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR