Azərbaycanlı hacıları gətirən ikinci avtobus karvanı və üçüncü təyyarə bu gecə Bakıda olacaq

Azərbaycanlı hacıları gətirən ikinci avtobus karvanı və üçüncü təyyarə bu gecə Bakıda olacaq
# 17 noyabr 2011 08:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hacı adını almış azərbaycanlı zəvvarları gətirən ikinci avtobus karvanı bu gün axşam saatlarında Azərbaycanın Biləsuvar rayonuna çatacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hacıların noyabrın 17-dən 18-nə keçən gecə Bakıya çatacağı gözlənilir.

Hacıları gətirən üçüncü təyyarə də gecə saatlarında Bakıda olacaq.

Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR