Allahşükür Paşazadə: “Müqəddəs məkanlarda, ictimai yerlərdə zəncir vurmaq, qayda-qanunları pozmaq, bədənə xəsarət yetirmək islamda bəyənilməyən hərəkətlərdir”

Allahşükür Paşazadə: “Müqəddəs məkanlarda, ictimai yerlərdə zəncir vurmaq, qayda-qanunları pozmaq, bədənə xəsarət yetirmək islamda bəyənilməyən hərəkətlərdir”
# 24 noyabr 2011 14:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Məhərrəm ayının onuncu günü İmam Hüseyn və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi gündür. Belə bir acı hadisə insanlarımız üçün həm də ədalət uğrunda, dinimizin saflığı naminə mübarizə aparmağın rəmzi kimi dəyərlidir. Ona görə də təziyə günlərində məscid və ictimaiyyət nümayəndələri şəhidlərimizin ruhuna uyğun şərait yaratmalıdır. Tibbi ehtiyaclar üçün ən münasib əzadarlıq nümunəsi göstərilərək, qanvermə aksiyaları təşkil edilməlidir”. APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Məhərrəmlik ayının başlanması və Aşura günü ilə əlaqədar QMİ-də keçirilən Qazılar Şurasının geniş tərkibdə yığıncağında deyib. O bildirib ki, müqəddəs məkanlarda, ictimai yerlərdə zəncir vurmaq, qayda-qanunları pozmaq, bədənə xəsarət yetirmək islamda bəyənilməyən hərəkətlərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR