Azərbaycan DİN transmilli mütəşəkkil cinayətkar dəstənin üzvlərinin həbs olunduğu barədə məlumat yayıb

Azərbaycan DİN transmilli mütəşəkkil cinayətkar dəstənin üzvlərinin həbs olunduğu barədə məlumat yayıb
# 02 iyun 2012 10:38 (UTC +04:00)
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayonun Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil Gülüşov, Şahin Gülüşov və şəxsiyyəti hələlik istintaqa məlum olmayan Məhərrəm adlı İran vətəndaşı ilə qabaqcadan cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitə - 2 kiloqram 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşişi bu il mayın 29-da saxlamaq məqsədilə tanışı Şahin Soltanova verib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rahil Gülüşov, Fikrət Mirələmov və Şahin Gülüşov yaxalanıb, hər üçü barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Fikrət Mirələmovun evindən 1 kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş götürülüb.

Transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR