Elşad İsgəndərov: “Azərbaycan dövlətçiliyinə sadiq olan, həm müsəlman, həm də qeyri-müsəlman icmalarına dialoq üçün açığıq” - FOTO

Elşad İsgəndərov: “Azərbaycan dövlətçiliyinə sadiq olan, həm müsəlman, həm də qeyri-müsəlman icmalarına dialoq üçün açığıq” - <font color=red>FOTO</font>
# 05 iyun 2012 08:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Təəssüflər olsun ki, Azərbaycandakı müəyyən dini qurumların obyektiv olmayan münasibəti var idi. Onlar müəyyən məsələlərə neqativ yanaşırdılar. Biz bu yanaşmanı dəyişməyə çalışacağıq”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib: “Biz Azərbaycan dövlətçiliyinə sadiq olan, bütün sağlam qüvvələrə, həm müsəlman, həm də qeyri-müsəlman icmalarına dialoq üçün açığıq”.

E. İsgəndərov Bakıda inşa olunacaq Türkiyə-Azərbaycan dostluq məscidi barədə danışaraq bunun Azərbaycan paytaxtında ən böyük məscid olacağını bildirib: “Bəzi dindarlar deyirlər ki, ibadət üçün yer problemi var. Onların dediyi problem bununla aradan qalxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR