Dövlət Komitəsinin sədri Elşad İskəndərov Vatikanın nümayəndə heyətini qəbul edib - FOTO

Dövlət Komitəsinin sədri Elşad İskəndərov Vatikanın nümayəndə heyətini qəbul edib - <font color=red>FOTO</font>
# 11 iyun 2012 13:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iyunun 11-də Roma Papası II İohann Pavelin Azərbaycana gəlişinin 10 illiyi münasibətilə Bakıda səfərdə olan Kardinal Fernando Filoninin rəhbərlik etdiyi Vatikanın nümayəndə heyətini qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. İsgəndərov Kardinal Fernando Filoni kimi nüfuzlu din xadimini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
Azərbaycanın tarixən müxtəlif dinlərin, xalqların nümayəndələrinin mehriban qonşuluq şəraitində yaşadığı ölkə olduğunu deyən Komitə sədri dövlətimizin bütün dinlərin daşıyıcılarına tolerantlıq mühitində yaşamaları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.
Dövlətin din siyasəti haqqında ətraflı məlumat verən Elşad İskəndərov Katolisizmin ardıcıllarının Azərbaycana hələ XIII əsrdən başlayaraq gəldiklərini xatırladaraq Azərbaycanın dövlət müstəqilliyini bərpasından, xüsusilə Roma Papası II İohann Pavelin səfər etməsindən və Heydər Əliyev tərəfindən qəbul olunmasından sonra iki ölkə arasında münasibətlərdə yeni mərhələyə qədəm qoyulduğunu vurğulayıb.
Qeyd edilib ki, prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən əsrin əvvəllərində uçurulmuş Katolik kilsənin yerinə yenisi inşa edilib.

Komitə sədri onu da deyib ki, Azərbaycanın “Eurovision-2012” kimi mötəbər musiqi yarışmasına ev sahibliyi etməsindən bir qədər sonra ermənilərin cəbhə xəttində aktivləşməsi, atəşkəsi pozaraq insan təlafatları ilə nəticələnən təxribatlar törətməsi bunun ən bariz nümunələrindəndir. Elşad İskəndərov bununla əlaqədar Vatikanın da beynəlxalq hüquq normalarına əsaslanaraq sülhü dəstəkləməyə dəvət edib.
Azərbaycandakı tolerant mühiti təqdir etdiyini söyləyən Kardinal Filoni öz növbəsində sülh, qarşılıqlı anlaşma, tolerantlıq sahəsində əldə etdikləri təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirmiş və katoliklərin bu ölkənin inkişafında iştirakının müsbət olacağına inamını ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR